Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”un süni intellekti spamla mübarizədə kömək edəcək


“Google” şirkəti süni intellekt və kompüter təlimi texnologiyalarının köməyi ilə internetdə spamla mübarizə aparmağa başlayıb.
 
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Gmail” poçt xidmətində  etibarlı kontaktın məktubu altında gizlədilən mesajların aşkar edilərək bloklanması üçün süni neyron şəbəkələri işə salınıb. Təkmilləşdirilmiş spam filtrlər məktub göndərənin ünvanının həqiqiliyini yoxlayır.
 
 
Eyni zamanda “Google”un mütəxəssisləri bildirir ki, süni intellekt sahəsində həllər və kompüter təlimi texnologiyaları nə qədər inkişaf etdirilsə də, insan beyninin imkanlarından geri qalır.
 
Emil Hüseynov




14/07/15    Çap et