Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlarda genişzolaqlı xidmətlərin inkişafı genişləndirilir


Respublikanın regionlarında genişzolaqlı xidmətlərin inkişafı məqsədilə hazırlanmış “Multimedia  xidmətlərinin  inkişafı”  layihəsi  üzrə  “Amsterdam Trade Bank”dan  13,7 milyon avro  kredit  alınıb. 

Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 64000 nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 98000 port tutumunun quraşdırılması və istismara verilməsi nəzərdə tutulur.

Qeyd olunan kommutasiya avadanlıqlarının istismara və abunəçilərin istifadəsinə verilməsi üçün layihəyə əsasən 221 km fiber-optik kabel çəkiləcək və montaj olunacaq, 34 000 cüt abunəçi xətti, 68 800 metr kabel-kanalizasiya qurğuları tikiləcəkdir.

    Yeni quraşdırılmış avadanlıqların şəbəkəyə rəqəmsal bağlantısını təmin etmək məqsədilə optik kabellər çəkilmiş, kabel-kanalizasiya qurğuları tikilib. Hazırda kommersiya satışına başlanılıb. İlin sonuna kimi 100 000 portun istifadəyə verilməsi nəzərdə tutulur.

Layihə üzrə müasir texnologiyaya əsaslanan stansiya və genişzolaqlı xidmət avadanlıqlarının satın alınması üçün müvafiq şirkətlərlə müqavilələr bağlanılıb, avadanlıqlar təchiz edilərək şəbəkəyə qoşulub.




16/07/15    Çap et