Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” yeni “iPod touch” təqdim edib


“Apple” korporasiyası “iPod touch” pleyerinin yeni modelini təqdim edib.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeni qurğu 8 meqapiksellik “iSight” kamerası, “A8” prosessoru və hərəkətin izlənilməsi üçün “M8” soprosessoru ilə təchiz edilib. Pleyer “selfi” üçün  təkmilləşdirilmiş “HD” kamera, həmçinin videonun sabitləşməsi,  yavaşıdılmış çəkiliş funksiyaları əlçatandır.

“iPod touch” qurğusuna “iOS 8” əməliyyat sisteminin son versiyası quraşdırılacaq.

Qeyd edək ki, “iPod touch” pleyerləri 2007-ci ildən istehsal edilir. Qurğu “iOS” əməliyyat sistemi ilə işləyir və görünüşcə “iPhone” smartfonuna oxşayır.

Emil Hüseynov
 





16/07/15    Çap et