Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” qurğularının təchizatı artıb


Dünyada “Apple” şirkətinin istehsal etdiyi “iPhone” qurğularının təchizat həcmi bu ilin ikinci rübünün nəticələrinə əsasən 54% artıb. Bunun əksinə olaraq, “iPad” təchizatı isə 33,5% aşağı düşüb. 
 
“ICTnews”  elektron xəbər xidməti məlumat verir ki,  “KGI Securities”in məşhur təhlilçisi Min-Çi Kuonun qiymətləndirmələrinə əsasən, qeyd edilən müddət ərzində bazara 54,2 milyon “iPhone” smartfonu təqdim edilib.
 
Təhlilçi “iPad” planşetlərinin təchizatının azalmasını tələbatın azalması ilə deyil, daha uzunmüddətli istismar dövrü ilə bağlayırlar. Buna görə də gələcəkdə dünya üzrə “iPad” təchizatının tədricən artımı gözlənilir.
 
Aynur Vəliyeva
 




21/07/15    Çap et