Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq tələblərə uyğunlaşdırılması üçün aparılan tədqiqatlar davam etdirilir


Azərbaycanın təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq tələblərə uyğunlaşdırılması modeli işlənilir və bu istiqamətdə aparılan tədqiqatlar davam etdirilir.
 
Bu məqsədlə dünyanın aparıcı universitetlərinin İKT ixtisaslarının müxtəlif  istiqamətləri və səviyyələri üzrə tədris proqramlarının müqayisəli təhlili aparılıb, asossiativ qaydaların axtarış metodlarının tətbiqi nəticəsində Azərbaycanın ali təhsil müəssisələrinin İKT ixtisasları üzrə tədris proqramları beynəlxalq tələblərə uyğunlaşdırılıb, optimal tədris proqramının müəyyənləşdirilməsində ierarxik analiz metodları tətbiq edilib.
 
Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) 10  saylı şöbənin müdiri, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev məlumat verib.
 
İTİ-dən qeyd edilib ki, şöbə müdiri elmi-tədqiqat fəaliyyəti çərçivəsində aparılan araşdırmaların informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasında elmi-nəzəri problemlərin araşdırılması və effektiv metodların işlənməsi istiqaməti üzrə aparıldığını diqqətə çatdırıb.
 
 Qeyd edib ki, elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi ilə əlaqədar olaraq elektron təhsil mühitinə konseptual baxışlar araşdırılıb, elektron təhsil sisteminin arxitekturası işlənilib.
 
 
Həqiqət İSABALAYEVA




23/07/15    Çap et