Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” elektron kitabxana açacaq


Eyni adlı internet mağazasını idarə edən “Amazon” şirkəti abunə üzrə girişlə elektron kitabxana açmağı planlaşdırır. Bu barədə anonim mənbələrə istinadən “The Wall Street Journal” yazıb.

Qeyd edilib ki, kitabxanaya yeni kitablar gətirilməyəcək, əksinə, orda əvvəlki illərin nəşrləri saxlanılacaq.

Kitabxanadan istifadə etmək istəyən istifadəçilər şirkətə aylıq və ya illik pul ödəməli olacaqlar. Bundan sonra onlar ödənmiş dövr ərzində bütün mövcud elektron kitablardan istifadə edə biləcəklər. Kitabxana “Amazon Prime” pullu xidmətinin bir hissəsi olacaq.

“The Wall Street Journal” mənbələri bildiriblər ki, “Amazon” şirkəti kitabxana üçün kitabların verilməsi ilə bağlı naşirlərlə danışıqlar aparır. İnternet riteylerin naşirlərə təklif etdiyi şərtlər açıqlanmır. Kitabxananın istifadəyə verilmə müddəti də məlum deyil.

Məlumat üçün qeyd edək ki, “Amazon” artıq kitab bazarında böyük “oyunçu”dur. Öz internet mağazasında şirkət həm kağız, həm də elektron nəşrlər satır. Bundan başqa, “Amazon” şirkəti elektron kitabları oxumaq üçün “Kindle” riderləri istehsal edir.




13/09/11    Çap et