Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Alibaba” “bulud” xidmətini yeniləyib


“Alibaba” “Aliyun” “bulud” xidmətinə 14 yeni modul əlavə edib.

“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “bulud” servislərinə əlavə edilmiş yeniliklərdən biri tez hərəkət edən SSD toplayıcılarla dəstləşdirilmiş serverlərdir.

Analoji serverlər “Amazon”, “Google” və “Microsoft” şirkətlərində mövcuddur. Daha bir yenilik qrafik prosessorlarla (GPU) təchiz edilmiş serverlərdir.

Aynur Vəliyeva
 




23/07/15    Çap et