Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qabaqcıl smartfonların “qatili” təqdim olunub


“OnePlus” şirkəti “OnePlus 2” smartfonunu nümayiş etdirib. Qurğu avqustun 11-də satışa çıxarılacaq. 16 QB daxili yaddaş və 3 QB əməli yaddaşa malik yeni modelin qiyməti 330 dollardır, 64 QB daxili yaddaş və 4 QB əməli yaddaşa malik versiya isə 390 dollardır.

Aparat “1080p” təsvir ölçüsünə malik 5,5 düymlük ekran, “Snapdragon 810” çipi, optik sabitləşmə funksiyasına malik 13 meqapiksellik kamera və 5 meqapiksellik ön fotomodulla təchiz edilib.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “USB-C” və barmaq izi skanerinin mövcudluğu “OnePlus 2” smartfonunun əsas özəlliyidir. Smartfon “Android 5.1” mobil əməliyyat sistemi ilə işləyir.

Emil Hüseynov




28/07/15    Çap et