Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” internet şirkəti öz messencerini təqdim edib


“Yahoo!” internet şirkəti səssiz video və mətnlə paylaşmağa imkan verən “Livetext” messencerini təqdim edib.


Yeni messencer artıq ABŞ, Kanada, Almaniya, Fransa və Böyük Britaniyada “iOS” və “Android” qurğuların istifadəçiləri üçün əlçatandır.
 
"ICTnews" elektron xəbər xidməti “searcengines.ru” saytına istinadən bildirir ki, şirkət Nyu-Yorkda keçirdiyi mətbuat konfransında “Livetext” messencerini təqdim edib. Məhsulların idarəetməsi üzrə baş direktor Arcun Setxi öz dost və kolleqaları ilə əlaqə saxlayaraq xidmətin funksionalını nümayiş etdirib.
 
“Livetext” istifadəçiləri yalnız bir-biri ilə videoməzmunla paylaşa bilərlər. Bir sözlə, proqramın funksionalı “Skype”ı xatırladır, yalnız səssizdir.
 
Emil Hüseynov
 

 
 




31/07/15    Çap et