Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” kartoqrafiya biznesini rəsmən satır


Finlandiyanın  “Nokia” şirkəti kartoqrafiya biznesinin satışı haqda yayılmış şayiələrdən sonra rəsmən elan edib ki, sözügedən biznesi Almaniyanın “Volkswagen”, “BMW” və “Daimler” avtomobil nəhəngləri satın alır.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Nokia” şirkətinin nümayəndəsinin bəyanatına əsasən, 3 avqust tarixində şirkətin “Here” bölməsi 2,8 milyard avro məbləğinə satılacaq. Sazişin şərtlərinə görə, “Volkswagen”, “BMW” və “Daimler” satın alınan biznesdə bərabər pay sahibi olacaq.
 
“Here” kartoqrafiya biznesinin xidmət və texnologiyaları avtomobil sənayesində daxili naviqasiya sistemlərinin yaradılması üçün geniş tətbiq edilir. Müasir maşınlarda quraşdırılmış beş naviqasiya kompleksindən dördü “Nokia” xidmətidir.
 
Bundan başqa, şirkətin xəritə xidmətindən “Amazon”, “Microsoft” və “Yahoo!” internet şirkətləri istifadə edir. “Here” xəritə xidməti 196 ölkədə işləyir, səsli naviqasiya isə 96 dövlətdə əlçatandır.
 
Emil Hüseynov




03/08/15    Çap et