Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İki mobil telefondan eyni zamanda zəngləri qəbul edə bilən “Bluetooth” qarnitura


Rabitə qurğuları istehsalı sahəsində aparıcı şirkətlərdən biri olan “Plantronics” şirkəti “Plantronics Explorer 50” adlı yüngül və rahat “Bluetooth” qarniturasını elan edib.

Monoqarnitura eyni zamanda iki smartfona qoşulmaq imkanı verən “Multipoint” texnologiyası ilə təchiz edilib. Bu isə smartfonların hər ikisindən istənilən vaxt zəngləri qəbul etməyə imkan verir.
 
Qurğu səs dəfedici imkanlara malikdir və bunun sayəsində səsin yüksək keyfiyyəti təmin edilir. Qarnitura mobil telefona “Bluetooth v3.0” ilə asanlıqla quraşdırılır və istifadəçiyə “hands free” rejimində mobil rabitədən istifadə etməyə imkan verir. “A2DP” protokolu musiqi axınının və “GPS” naviqatorun təlimatlarını, eyni zamanda, səslənməsini təmin edir. Yeni qurğunu  enerji ilə  doldurmaq zamanı gəldikdə istifadəçi səsli mesaj alır.
 
“Bluetooth” qarnituranın danışıq rejimində iş vaxtı enerji doldurmadan 11 saat təşkil edir, gözləmə rejimində isə 12 gün. “Plantronics Explorer 50”-nin çəkisi 10 qrama qədərdir və onu simsiz olması daimi hərəkətdə olan insanlar üçün əlverişlidir.
 
Aynur Vəliyeva




05/08/15    Çap et