Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlı startapçı ABŞ Dövlət Departamentinin Elm Və Texnologiyalar Vasitəsilə Qlobal İnnovasiyalar proqramının 15 finalçısı sırasına düşüb


Azərbaycanlı startapçı, “BraillePad” layihəsinin rəhbəri Rəşid Əliyev ABŞ Dövlət Departamentinin Elm Və Texnologiyalar Vasitəsilə Qlobal İnnovasiyalar (GIST) proqramının 15 finalçısı sırasına düşüb.
 
R. Əliyevin elektron məlumatların köçürülməsi layihəsi digər 749 layihə ilə yanaşı sözügedən proqramda təqdim olunub.
 
Layihə rəhbərinin sözlərinə görə, layihə üzərində işini saxlamaq istədiyi bir zamanda Dövlət Departamentinin rəsmisi onunla əlaqə saxlayaraq, layihəsini yekunlaşdırmağı və yarışa qatılmağı tövsiyə edib.
 
Beynəlxalq səsvermə və qiymətləndirmə prosesindən sonra R. Əliyev finalda iştirak üçün Keniyaya yola düşüb. Azərbaycanlı starapçı orada yeni biznes əlaqələri yaratmaq, eləcə də ABŞ prezidenti Obamanın canlı çıxışını dinləməyə müvəffəq olub.
 
 
 
 
Həqiqət İSABALAYEVA




05/08/15    Çap et