Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ali təhsil ocağında informasiya texnologiyalarının tətbiqinə geniş yer verilir


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müasir informasiya texnologiyalarının tətbiqinə geniş yer verilir.Təhsil ocağında, demək olar, bütün fakültələr ən müasir texnoloji avadanlıqlarla təchiz edilib.

Yay tətili günlərindən istifadə edən universitet rəhbərliyi aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə fakültələrinin yerləşdiyi tədris korpuslarının istifadə olunmayan binalarında əsaslı təmir işləri apararaq, informasiya texnologiyalarının tətbiqi üçün lazımi şərait yaradıb. Təmir olunmuş binalarda tədrisin müasir proqramlarla təşkili məqsədilə ən müasir kompüterlər quraşdırılıb.






10/08/15    Çap et