Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniyada televizorun populyarlığı getdikcə azalır


Böyük Britaniyanın “Ofcom” telekommunikasiya tənzimləyici orqanının məlumatına görə, ölkə sakinləri televizor qarşısında daha az vaxt keçirir. 2014-cü ildə respondentlərin 92 faizi hər həftə televizoru izləyib, halbuki 2013-cü ildə bu göstərici 93 faiz təşkil etmişdi.

"ICTnews" elektron xəbər xidməti “cableman.ru” saytına istinadən bildirir ki, bundan başqa, 2014-cü ildə britaniyalılar gün ərzində orta hesabla 3 saat 40 dəqiqə televizoru izləyiblər ki, bu da 2013-cü illə müqayisədə 11 dəqiqə daha azdır.

Ən böyük azalma (12 faiz) 15 yaşadək uşaqlar arasında qeydə alınıb: 2014-cü ildə bu yaş qrupu gün ərzində televizora 1 saat 58 dəqiqə vaxt ayırıb, halbuki 2013-cü ildə bu göstərici 2 saat 14 dəqiqə olub. 25-34 yaş aralığında olanlar 2014-cü ildə gün ərzində televizora 2 saat 49 dəqiqə vaxt ayırıblar, halbuki bir il əvvəl bu göstərici 3 saat 5 dəqiqə olub.

Emil Hüseynov
 




10/08/15    Çap et