Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın startap layihəsi “SoftPedia”-dan “Editors Choice” titulunu qazanıb


Azərbaycanın  startap layihəsi “BethClip” proqram yükləmələrinin məşhur ünvanı  sayılan “SoftPedia”-dan “Editors Choice” titulunu qazanıb.
 
 “BethClip” Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi “Yeni Fikir 2014” müsabiqəsinin qalibi olub. Müsabiqədə birinci yeri qazanmış “BethClip” layihəsinin rəhbəri Rəşid Əliyevdir.
 
 
Qeyd edək ki, “Softpedia” “Windows”, “Unix / Linux”, eləcə də oyunlar və drayverlər üçün 600,000-dən artıq pulsuz proqram təminatlarının yer aldığı kitabxanadır. Saytın bütün xidmətləri qonaq və istifadəçilər üçün pulsuzdur.
 
“Softpedia” özündə  “Windows”, “Oyunlar, “Drayverlər”, “Mobil”, “Portativ”, “Xəbərlər” kimi bir neçə bölməni birləşdirir. Böyük həcmdə kataloq və proqram təminatlarının arxivini cəmləşdirən sayt gündəlik olaraq yenilənir.
 
Həqiqət İSABALAYEVA




11/08/15    Çap et