Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BTRİB payız-qız mövsümünə hazırlıq işlərini sentyabr ayının sonunadək tam başa çatdıracaq


Rabitə birlik və müəssisələri artıq 2015-ci ilin payız-qız mövsümünə hazırlığa başlayıblar.

Belə müəssisələrdən biri olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) üzrə müvafiq əmr hazırlanıb və tədbirlər planı təsdiq olunub. Təsdiq olunmuş tədbirlər planı icra üçün struktur bölmələrə göndərilib və icrası daimi olaraq nəzarətdə saxlanılır.


BTRİB-dən qeyd edilib ki, payız-qız mövsümünə hazırlıq işlərinin sentyabr ayının sonunadək tam başa çatdırılması nəzərdə tutulub və bu istiqamətdə işlər aparılır.
 
 
Həqiqət İSABALAYEVA




12/08/15    Çap et