Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Mərkəzi Bankı informasiya sistemlərinin fəaliyyətini təmin etmək üçün tədarükçü seçir


Azərbaycan Mərkəzi Bankı informasiya sistemlərinin fəaliyyətini təmin etmək üçün danışıqlar aparır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, danışıqlar xəzinə infrastrukturunda və pul nişanlarının emalı sahəsində istifadə olunan çeşidləyici və qablaşdırıcı sistemlərin istismarını və informasiya sistemlərinin fəaliyyətini təmin etmək üçün mal-materialların tədarükünü nəzərdə tutur.
 
Sentyabr ayının ortalarına kimi tədarükçü şirkətin müəyyən edilməsi və müvafiq müqavilənin imzalanması gözlənilir.
 
Aynur Vəliyeva
 




12/08/15    Çap et