Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Banklar istifadəçiləri ürək ritminə görə tanıyacaq


Kanadanın "TD Bank" bankı "MasterCard" və "Nymi" texnologiya şirkəti ilə birgə təmassız ödəniş funksiyasına malik ilk qolbaq təqdim ediblər.

Bu texnoloji yenilik  istifadəçini ürək ritmi üzrə tanıyır. İlk 100 qolbaq artıq Toronto, Ottava və Recaynda sınaqdan keçirilir. İlin sonunadək pilot proqrama, həmçinin Kanadanın başqa bankları da qoşulacaq.
 
"ICTnews" elektron xəbər xidməti "payspacemagazine.com" saytına istinadən bildirir ki, "Nymi" qolbaqları daxili ötürücü ilə təchiz edilib və sahibinin unikal elektrokardioqramını tanıyır.
 
Ötən il 14 milyon dollar məbləğində maliyyə cəlb etmiş "Nymi" şirkəti daşınan elektronika və təmassız ödənişlərin inkişafına imkan yaratmağı və istifadəçilərə ödəniş etmək prosesində ürək ritminin köməyi ilə özünü tanıtmaq imkanını verməyi planlaşdırır.
 
Emil Hüseynov
 




12/08/15    Çap et