Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakı-2015” Birinci Avropa Oyunlarının atributları “eBay” internet-auksionunda satışa çıxarılıb


Azərbaycanda bu ilin iyun ayında keçirilmiş "Bakı-2015" Birinci Avropa Oyunlarının atributları "eBay" internet-auksionunda satışa çıxarılıb.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, auksionda, oyunda iştirak edən hər bir idmançıya təqdim edilən xatirə medalı 139 dollara satışa çıxarılıb. Polşadan olan istifadəçi diametri 66 mm, çəkisi 146 qram olan medalın orijinal model olduğunu bildirib.
 
Bununla yanaşı, "eBay"də açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulmuş bilet cütləri (13 dollara), alov daşıyanların nişanları və digər atributlar təqdim edilib.
 
Aynur Vəliyeva




13/08/15    Çap et