Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ildə ölkənin rəqəmləşmə indeksi inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılacaq


2020-ci ildə ölkənin rəqəmləşmə (şəbəkələşmə) indeksi inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılacaq. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, 2016-2017-ci illərdə 100 faizlik optik şəbəkə ilə əhatə və 85 faiz əhalinin genişzolaqlı xidmətlə təmini nəzərdə tutulur.
 
2017-2018-ci illərdə isə müşahidə və telekommunikasiya peyklərinin orbitə çıxarılması planlaşdırılır.  Eyni zamanda, tədbirlə planına uyğun olaraq, 2019-cu ildə elektron xidmətlərin 100 faiz tətbiqi, “Elektron hökumət” vasitəsilə  əhaliyə göstərilməsi hədəflənir. 
 
 
Qeyd edək ki, ölkəmizin gələcək inkişafında rabitə və yüksək texnologiyalar sahəsinin əhəmiyyətli rolu xüsusi olaraq vurğulanıb. Konsepsiyanın əsas hədəfi 2020-ci ilə Azərbaycanda ÜDM-nin 2 dəfə artırılması və bu artımın əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilməsidir.
 
Ölkə üzrə bu hədəfn reallaşdırılmasında İKT sektorunun rolu və potensialı xüsusilə yüksək dəyərləndirilib.
 
 
Həqiqət İSABALAYEVA





14/08/15    Çap et