Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən populyar messenceri hansıdır?



“Bloomberg” nəşri yazır ki, Çinin “QQ” messenceri aylıq istifadəçilərin sayına görə dünyada birinci pilləni tutur.
 
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Tencent” korporasiyasına məxsus “QQ” messencerinin aylıq auditoriyası 843 milyon təşkil edir.
 
“Facebook” internet şirkətinə məxsus “WhatsApp” messenceri ikinci pillədə qərarlaşıb. Sonuncunun aylıq istifadəçi sayı 800 milyondur.
Aylıq istifadəçi sayı 700 milyon təşkil edən “Facebook Messenger” populyarlığa görə üçüncüdür.
 
Emil Hüseynov





15/08/15    Çap et