Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalı müəssisələrin iş sistemini sadələşdirib


Müəssisələrin iş sistemi “Elektron hökumət” portalı sayəsində asanlaşıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, müəssisələr kadrların qeydiyyatından tutmuş müxtəlif icazələrin alınması, vergi və gömrük xidmətlərinin icrasını və s. onlayn şəkildə portal üzərindən həyata keçirə bilərlər.
 
Qeyd edək ki, fəaliyyətə 50 elektron xidmətlə başlayan “Elektron hökumət” portalında  bu gün 409 elektron xidmət  göstərilir.
 
CAHANGİR




19/08/15    Çap et