Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” “iPhone” üçün messencerin veb versiyasını istifadəyə verdi


“WhatsApp” şirkəti “iOS” mobil platforması üçün eyni adlı kliyentinin masaüstü versiyasını çıxarıb.
 
Xatırladaq ki, “WhatsApp”ın veb versiyası ilin əvvəlində çıxarılıb. Veb interfeysdən istifadə etmək kompüterdə “web.whatsapp.com” istinadına keçmək və mobil telefonun kamerasının köməyi ilə ekranda göstərilən “QR” kodu skaner etmək lazımdır.
 
Əgər istifadəçi “Edge”, “Internet Explorer” və ya “Safari” brauzeri ilə işləyirsə, xidmətin bütün imkanlarından istifadə mümkün olmayacaq. Bu zaman proqram aşağıdakı məlumatı göstərəcək: "WhatsApp Web”-in bütün funksiyalarından istifadə etmək üçün “Chrome”, “Firefox” və ya “Opera”dan istifadəni tövsiyə edirik".
 
Xatırladaq ki, hazırda “WhatsApp” messencerinin istifadəçilərinin sayı 800 milyonu ötüb.
 
Emil Hüseynov
 




20/08/15    Çap et