Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” Londonda ABŞ-dan kənarda ilk məlumat emalı mərkəzi açacaq


“Amazon” internet şirkəti Londonda ABŞ-dan kənarda ilk məlumat emalı mərkəzi yaratmaqla Böyük Britaniyanın sürətlə inkişaf edən startaplar bazarına daxil olmaq niyyətindədir.
 
Mərkəzin əsas vəzifəsi “Amazon” “bulud” xidmətlərindən istifadə edən şirkətlərin dəstəklənməsindən ibarət olacaq. Oxşar mərkəzlər artıq Nyu-York və San-Fransiskoda fəaliyyət göstərir və onların populyarlığı şirkəti beynəlxalq səviyyəyə çıxmaq barədə düşünməyə məcbur edib.
 
“Amazon Web Services” (AWS) bölməsinin London mərkəzini sentyabrda istifadəyə verəcəyi gözlənilir.
 
Bölmənin marketinq üzrə vitse-prezidenti Eriel Kelmanın sözlərinə görə, şirkət dünyanın bütün iri şəhərlərində məlumat emalı mərkəzləri yaratmaqla əsas diqqəti startaplara yönəltmək niyyətindədir, - "Interfax”  yazır.




21/08/15    Çap et