Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Big Data Workshop ” beynəlxalq konfransı keçiriləcək


Bakıda oktyabrın 6-da böyük həcmli məlumatların (Big Data) saxlanılması və emalına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.
 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Big Data Workshop ” konfransında dünyanın aparıcı şirkətləri  “IBM” və “IDC” (International Data Corporation) kimi vendorların iştirakı gözlənilir.
 
 
Tədbirdə  son zamanlar   aktuallaşan böyük həcmli məlumatların saxlanılması, emalı, istifadəsi və təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə ediləcək.
 
Məlumat üçün bildirək ki,  2010-cu ildən etibarən dünyada  böyük həcmli məlumatlarla bağlı problemlərin həllinə yönəldilmiş məhsullar və həllər təqdim edilib.
 
“IBM”, “Oracle”, “Microsoft”, “Hewlett-Packard”, “EMC” kimi dünyanın aparıcı informasiya texnologiyaları təchizatçıları bu sahədə araşdırmalar və konsepsiyaları tətbiq edirlər.
 
 
Proqnozlara əsasən, “Big Data” texnologiyalarının tətbiqi sənaye, səhiyyə, ticarət, dövlət idarəetməsinə böyük təsir göstərəcək.
 
 
“Big Data” 2013-cü ildən etibarən artıq akademik fənn kimi ali təhsil ocaqlarının proqramına daxil edilib.
 
Qeyd edək ki, Azərbaycanda “Big Data” ilə bağlı araşdırmalar ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Qafqaz Universiteti tərəfindən aparılır.
 
 
Aynur Vəliyeva
 




21/08/15    Çap et