Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın gələcəkdə plastik kartlardan tamamilə imtina ediləcək


“Samsung Electronics” şirkəti öz mobil ödəmə sistemini istifadəyə verib. “Samsung Pay” adlı xidmət hələ ki Cənubi Koreyada əlçatandır. Amma yaxın gələcəkdə bu xidmətdən dünyanın bir çox ölkələrində yararlanmaq mümkün olacaq.
 
“ICTnews.az” saytı “dailycomm.ru” saytına istinadən xəbər verir ki, “Samsung Pay” istifadəçiləri aldığı məhsulların dəyərini ödəmək üçün öz smartfonlarını mağazanın kassasındakı qurğuya yaxınlaşdırmalıdır.
“Galaxy S6”, “Galaxy S6 Edge”, “Galaxy S6 Edge+” və “Galaxy Note 5” smartfonları yeni xidməti dəstəkləyir. Əlavə əsas şərt odur ki, xidmətə inteqrasiya edilmiş ödəmə kartı “Samsung Pay” servisini dəstəkləyən bank tərəfindən verilməlidir.
 
“Samsung Pay” xidmətinin yaradıcıları əmin edirlər ki, ənənəvi bank əməliyyatlarının əksəriyyətində bu texnologiyadan istifadə etmək mümkün olacaq. Nəticədə bu, yaxın gələcəkdə plastik kartlardan tamamilə imtinaya imkan verəcək.
 
Emil Hüseynov




21/08/15    Çap et