Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni tipli noutbuk təqdim olunub


Avstraliyanın “One Education” təşkilatı məktəblilər üçün modulyar “Infinity” noutbukunu təqdim edib. Yeni noutbukda prosessor, batareya, kamera və hətta ekranı asanlıqla dəyişmək olar.

“ICTnews.az” saytı “cnews.ru” saytına istinadən xəbər verir ki, “Infinity” çıxarılıb taxılan batareya modulları, kameralar, prosessor və ekranla təchiz edilib. Məktəbdə şagird və ya müəllim modullardan hər hansı birini müstəqil dəyişə bilər. Bu halda “One Education” təşkilatının nümayəndələri hesab edir ki, köhnə  modullar tullanılmayacaq və başqa istifadəçilərə hədiyyə ediləcək. Beləliklə, təşkilat planetdə toplanılmış elektron tullantıların həcmini azaltmağı planlaşdırır.

Standart model 1,5 QHs takt tezlikli dördnüvəli prosessor, “Wi-Fi” və “Bluetooth” modulları, “USB-C” konnektoru ilə təchiz edilib.

8,9 düym diaqonala malik ekranın təsvir ölçüsü 2560x1600 piksel təşkil edəcək. Əməli yaddaş qurğusunun tutumu 2 QB, daxili yaddaş isə 24 QB-dır. Ön kameranın təsvir ölçüsü 2, arxa kamerada isə 5 meqapikseldir.
Model “Android Lollipop” sistemi ilə işləyəcək. Təşkilatın nümayəndəsi bildirib ki, kompüterə, həmçinin “Windows” və “Linux” əməliyyatları quraşdırmaq mümkün olacaq.

Şirkət sifarişçilərə ilk 1000 nüsxəni 249-299 dollara satmağa söz verib.

Emil Hüseynov
 
 




21/08/15    Çap et