Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Proqramçı bir il ərzində pravoslav insanların elektron tövbələrini qəbul edib


Proqramçı bir il ərzində e"batyushka.com" saytında pravoslav insanların elektron tövbələrini qəbul edib.

"ICTnews" xəbər xidmətinin "www.novoteka.ru" saytına istinadən verdiyi məlumata əsasən, resurs cəmi iki səhifədən ibarətdir.

Bu səhifələrin biri elektron tövbə üçün xüsusi formadan ibarətdir. Sayt sosial şəbəkələrdə  məşhurlaşandan sonra, "elektron batyushka"ya iki gün ərzində 15 min nəfər tövbə  və digər məsələlərlə bağlı müraciət edib.
Saytın yeni istifadəçilərinin çox hissəsi rəqəmli tövbəyə istehza ilə yanaşırlar, lakin elə insanlar da var ki, öz günahlarına bu saytda tövbə edirlər.

Aynur Vəliyeva 





22/08/15    Çap et