Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“castAR” oyun startapına 15 milyon dollar vəsait ayrılıb


"Technical Illusions" kimi tanınan "castAR" oyun startapı yeni sərmayə raundunda 15 milyon dollar həcmində vəsait alıb.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, layihənin rəhbəri akselerator və aparat layihələri üçün  "Playground Global" fondudur. Bu fond bu ilin əvvəlində "Android Inc." təsisçisi Endi Rubin tərəfindən yaradılıb və "Foxconn", "Google", "Tencent" və bir neçə digər şirkətlər tərəfindən dəstəklənib. Maliyyələşmə startapa pul vəsaiti, ofis binası, intellektual mülkiyyət və digər qiymətli aktivlər  kimi daxil olacaq.

Aynur Vəliyeva 





22/08/15    Çap et