Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənc britaniyalılar internetə çıxışın olmaması səbəbindən Britaniya Kral donanmasında xidmət etmək istəmirlər


Gənc britaniyalılar Britaniya Kral donanmasında xidmət etmək istəmirlər, çünki orada internet və sosial şəbəkələrə çıxış imkanına malik olmayacaqlar.
 
Bu "PA Consulting" tərəfindən keçirilmiş tədqiqat nəticəsində məlum olub. Tədqiqatın məqsədi kadr çatışmazlığı probleminin həllində kral flotuna kömək etmək olub.
 
"ICTnews.az" saytı "gazeta.ru" saytına istinadən xəbər verir ki, hərbi sahədə konsultasiya rəhbəri Nik Şaffi qeyd edib ki, son bir neçə onillikdə cəmiyyət düşündüyümüzdən daha sürətli inkişaf edib.
 
"Məsələn, əgər siz sualtı qayıqda xidmət edən hərbi qulluqçusunuzsa, o zaman siz sanki suyun altında uzunmüddətli konserv qutusunun içindəsiniz. İnternetə çıxış olmaması gənc insanların cəlbi üçün əsas maneədir" – Şaffi deyib.
 
Emil Hüseynov





24/08/15    Çap et