Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilərin 92 faizi “Windows 10” əməliyyat sistemini bəyənir


“Microsoft” korporasiyasının icraçı direktoru Satya Nadella istifadəçilərin “Windows” əməliyyat sisteminə rəğbətini görməkdən məmnundur. Şirkət rəhbəri yenicə təqdim edilmiş “Windows 10” platformasının köməyi ilə bu arzusuna nail olub.
 
Məlum olduğu kimi, yeni sistemdə bir sıra dəyişikliklər edilib: Belə ki,  "Start" menyusu geri qaytarılıb, eyni anda bir neçə işçi masadan istifadə əlçatan olub, “Windows Phone 8.1” mobil platformasından bizə tanış olan “Cortana” səs köməkçisi, nəhayət, ilk dəfə fərdi kompüterdə debüt edib.
 
 Bütün bu yeniliklər sayəsində “Microsoft” şirkəti insanları “Windows 10” sisteminə keçməyə məcbur edir. “Brand Watch” analitik şirkəti tərəfindən keçirilmiş tədqiqata əsasən, kompüterinə “Windows 10” platformasını quraşdırmış istifadəçilərin 92 faizi artıq bu platformanı bəyənib.
 
“ICTnews.az” saytı “hi-news.ru” saytına istinadən xəbər verir ki, “Cortana” səs köməkçisi ən çox sevilən yenilikdir. Lakin bunun əksinə olaraq, geri qaytarılmış “Start” menyusu gözlənilənlərin əksinə olaraq sevilməyib.
 
Emil Hüseynov




25/08/15    Çap et