Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Resurs.Az” internet portalı Kanada hökuməti ilə birgə layihə həyata keçirəcək


Kanadanın Türkiyədəki səfirliyinin “Yerli Təşəbbüslər üçün Kanada Fondu” proqramı tərəfindən dəstəklənən “Azərbaycanda vətəndaş cəmiyyətinin əlaqələndirilməsi” layihəsinin həyata keçirilməsinə başlanıb.

12 ay davam edəcək yerli layihə “Resurs.Az” (www.resurs.az) internet portalı tərəfindən icra olunacaq.

Layihə Yerli Təşəbbüslər üçün Kanada Fondu və “Resurs.Az” internet portalı tərəfindən birgə maliyyələşdirilir.

Məqsəd Azərbaycanda vətəndaş cəmiyyəti layihə və tədbirlərinin şəffaflığının təmin olunması, insanlar üçün pulsuz vətəndaş təhsili və maarifləndirmə işinin təşkil edilməsidir. Layihə Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları üçün ümumi mübadilə və məlumat mərkəzi yaradacaq.

Layihənin əsas vəzifələri “Resurs.Az” internet portalında onlayn vətəndaş təhsili videokataloqunu, beynəlxalq və yerli QHT-lərin verilənlər bazasını, regional resurs mərkəzlərinin interaktiv xəritəsini yaratmaq, maarifləndirmə işi üçün vətəndaş cəmiyyəti təşkilatlarının təhsil fəaliyyətlərini əhatə etmək, internet portalın “Facebook” sosial şəbəkəsinə inteqrasiyası yolu ilə videoların mövzuları haqqında ictimai müzakirəni artırmaqdır.

Layihə çərçivəsində müxtəlif fəaliyyət növləri nəzərdə tutulur. Ətraflı məlumatı “www.resurs.az” internet portalından əldə etmək olar.




14/09/11    Çap et