Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azerspace-1” vasitəsilə daha çox türk, rus, gürcü kanalları yayımlanır


Hazırda Azərbaycanın ilk peyki – “Azerspace-1” vasitəsilə 121 kanal yayımlanır.
 
Bu barədə “ICTnews”  Elektron Xəbər Xidmətinə “Azərkosmos” ASC-dən məlumat verilib. ASC-dən bildirilib ki, onlardan 108-i televiziya və 13-ü isə radio kanalıdır.
Televiziya kanallarından 16-sı yerli televiziya kanalı olmaqla, türk, rus, gürcü kanalları üstünlük təşkil edir.
 
“Azərkosmos” ASC bildirir ki, hər bir kəs “Azerspace-1” peyki üzərindən yayımlanan kanalların ümumi siyahısını çox asanlıqla nəzərdən keçirə bilər.
 
Belə ki, kanalların hər biri ASC-nin rəsmi saytında yerləşdirilib.
 
İnternetə çıxışı olan istənilən şəxs bu linkə  daxil olmaqla ümumi siyahı ilə tanış ola bilər.
 
 
 
SEYMUR




31/08/15    Çap et