Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xorvatiya Azərbaycan vətəndaşlarına təkkeçidli e-viza verməyə başlayıb


Xorvatiya Respublikası Azərbaycana nota ünvanlayıb.
 
Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, nota bu ölkənin Ankaradakı səfirliyindən XİN-ə daxil olub.
 
Sənəddə Xorvatiya ilə “VFS Global” beynəlxalq şirkəti arasında əldə olunan razılaşmaya əsasən, 31 iyul 2015-ci il tarixindən etibarən sözügedən şirkətin Bakı şəhərində fəaliyyətə başlayan mərkəzi (www.vfsglobal.com/croatia/azerbaijan/) Azərbaycan Respublikası vətəndaşları və ölkəmizdə qanuni əsaslarla yaşayan üçüncü ölkə vətəndaşlarından Xorvatiya üzrə təkkeçidli vizalarla bağlı müraciətlərin qəbuluna başladığı barəsində məlumat verilir.
 
Notada vətəndaşların qeyd olunan mərkəzin xidmətlərindən istifadə etməklə yanaşı, müraciətlərini Xorvatiya Respublikasının Ankara şəhərindəki diplomatik nümayəndəliyinə də ünvanlaya biləcəkləri qeyd olunur.
 
 
SEYMUR




03/09/15    Çap et