Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regional Rabitə Birliyinin İnsan resurslarının inkişafı üzrə şurasının 1-ci iclası keçirilib


Bu gün Minsk şəhərində (Belarus) Regional Rabitə Birliyinin İnsan resurslarının inkişafı üzrə şurasının 1-ci iclası keçirilib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, iclasda Azərbaycanın, Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Moldovanın, Rusiyanın, Tacikistanın rabitə administrasiyalarının, RRB-nin Rabitə və infokommunikasiyalar operatorlarının şurasının nümayəndələri daxil olmaqla 40-dan yuxarı mütəxəssislər iştirak ediblər.

Tədbir çərçivəsində təhsil sahəsində əməkdaşlıq, kadrların hazırlanması və insan resurslarının inkişafı məsələləri müzakirə edilib. Daha sonra iclas iştirakçıları tərəfindən RRB-nin İnsan resurslarının inkişafı üzrə şurasının 2015-2017-ci illər üçün iş planı təsdiqlənib, bu sahədə təcrübə mübadiləsi aparılıb.
İştirakçılar həmçinin Qazaxıstanın yüksək peşəkar İKT ali təhsili sistemində tətbiq edilmiş yeni İKT kadrların hazırlanması modeli ilə tanış olublar.

“Bel Huawei Technologies”, “Alkatel Lucent” Tıdris Mərkəzinin, “Ericsson” Treninq mərkəzinin rəhbərlərinin İT kadrların hazırlanması ilə bağlı məruzələr, həmçinin iştirakçılara Şərqi Avropa ölkələrinin təcrübəsi təqdim edilib.

Aynur Vəliyeva 





03/09/15    Çap et