Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerinə yeni funksiya əlavə olunub


Dünyanın ən populyar "WhatsApp” messencerinə abunəçinin kiminlə daha çox yazışmasına müstəqil şəkildə baxmağa imkan verən yeni xüsusi funksiya əlavə edilib.
 
Xüsusi funksiya proqram istifadəçilərinə kimin onların ən yaxşı dostu olmasını öyrənməyə imkan verir.
 
Funksiyadan yalnız “iOS” istifadəçiləri yararlana bilər. “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu sahibləri əvvəllər olduğu kimi, yalnız “Şəbəkədən istifadə” funksiyasından istifadə edə bilərlər.
 
“WhatsApp” dünyada ən populyar messencerlərdən biridir. Servis 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılıb. 2014-cü ilin fevralında şirkəti “Facebook” sosial şəbəkəsi 19 milyon dollara satın alıb, - “Macdigger www.macdigger.ru” yazır. 




04/09/15    Çap et