Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni «Chrome» əməli yaddaş və batareyanın şarjına qənaət edəcək


Populyar «Google Chrome» brauzerinin 45-ci versiyasında daxil edilmiş tab vərəqələrin tarixçəsinin intellektual idarəsi funksiyası əlçatandır ki, vərəqələri dərhal bərpa etməyə imkan verir.

Bu yenilik «Chrome» brauzerinin 43-cü versiyası ilə müqayisədə brauzer tərəfindən əməli yaddaşın sərfiyyatını 10 faiz azaldıb.
 
 
Həmçinin yenilənmiş «Chrome» brauzeri indi istifadə olunmayan səhifələri müəyyənləşdirə və onlar tərəfindən istifadə edilən yaddaşı optimallaşdıra bilir. Bu funksiya veb proqramlarla iş zamanı çox səmərəlidir: istifadə olunan yaddaşı 25 faizədək azaltmağa imkan verir.
 
 
Tərtibatçıların «YouTube» videohostinqində dərc etdiyi qısa videoda  «Chrome» brauzerinin 43 və 45-ci versiyaları müqayisə edilir.
 

 

«Chrome» yaradıcıları brauzerin sonrakı versiyalarında təkmilləşdirmələrlə bağlı söz veriblər.
 
 
Emil Hüseynov
 




04/09/15    Çap et