Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan banklarından daha biri elektron arayış əsasında kredit verəcək


“Azərbaycan Sənaye Bankı” ASC elektron arayış sistemini tətbiq edən bankların sırasına qoşulub.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, bu gündən adıçəkilən bank gündəlik iş proseslərini, eləcə də vətəndaşların kredit müraciətlərini sadələşdirmək məqsədi ilə e-arayışların tətbiqinə başlayıb.
 
Bankın müştəriləri yalnız şəxsiyyət vəsiqəsi ilə iş yerindən, yaşayış yeri üzrə və digər lazımi arayışları yerindəcə elektron şəkildə formalaşdıraraq kreditlərini rəsmiləşdirə biləcəklər.
 
Qeyd edək ki, hazırda 20-dən çox bank  və bir neçə lizinq şirkəti “Elektron hökumət” portal üzərindən bu xidməti tətbiq edir.
 
CAHANGİR
 
 




04/09/15    Çap et