Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İT nəhəngləri bir-birinin işçisini işə qəbul etməmək barədə sövdələşməyə görə 415 milyon dollar təzminat ödəyəcək


ABŞ məhkəməsi "Apple Inc.", "Google Inc.", "Intel Corp.", "Adobe Systems Inc." şirkətləri və onların əməkdaşları arasında yaranan mübahisə ilə bağlı son qərarını verib.
 
Bildirilir ki, həm indiki, həm də keçmiş 65 min əməkdaş işəgötürənlərə əlbirlik ittihamı irəli sürüb. İddiaya görə, şirkətlər bir-birinin işçisini işə qəbul etməmək barədə razılığa gəlib ki, bu da şirkətlərə əməkdaşların əməkhaqqılarını azaltmağa imkan verib.
 
Məhkəməyə 2011-ci ildə müraciət edilib. O zaman əməkdaşlar 2005-2009-cu illərdə əməkhaqqını azaldan şirkətlərin öz aralarında razılıq əldə etmələrindən şikayət ediblər.
 
Nəticədə məhkəmə kollektiv iddiaya görə ödəniləcək məbləği müəyyənləşdirərək şirkətlərin ümumilikdə 415 milyon dollar ödəməsi ilə bağlı qərar çıxarıb, - "Qazeta" yazır.
 




05/09/15    Çap et