Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mədəniyyət və Turizm Nazirliyi müvafiq pedaqoji işçilərin müsabiqə yolu ilə işə qəbulu barədə məlumatları saytında yerləşdirib


Azərbaycan  Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan məktəblərdə pedaqoji işçilərin müsabiqə yolu ilə işə qəbulu barədə müvafiq məlumatlar nazirliyin rəsmi internet saytının (http://www.mct.gov.az) elanlar bölməsində yerləşdirilib.


Nazirlikdən verilən məlumata görə, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində vakant yerlərə pedaqoji kadrların işə qəbulu müsabiqə yolu ilə aparılacaq.
 
Bu, məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadrların işə qəbulu zamanı şəffaflığın təmin edilməsi məqsədi daşıyır.
 
CAHANGİR
 




05/09/15    Çap et