Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnteraktiv elektron lövhələr


Təhsil Nazirliyi təhsil sistemində elektron lövhələrin tətbiqini daha da genişləndirməyi qarşıya hədəf qoyub.

Nazirlikdən verilən məlumatda bildirilir ki, “e-məktəb” layihəsinə qoşulan məktəblərdə interaktiv elektron lövhələrin tətbiq edilməsi müasir texnologiyaların tətbiqi ilə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir. Artıq Bakı və Sumqayıtda bu layihə uğurla həyata keçirilib.

Hazırda Gəncə şəhər təhsil ocaqlarında da layihənin həyata keçirilməsinə başlanılıb. Qeyd edək ki, e-lövhələrdə yazılan məlumat fayl formasında saxlanıla və printerdə çap oluna bilir.




14/09/11    Çap et