Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Apple» süni intellekt sahəsində heyətini aktiv artırır


«Reuters» nəşri yazır ki, «Apple» şirkəti süni intellekt və kompüter təlimi  sahəsində mütəxəssisləri əməkdaşlığa cəlb edir.
 
 
Nəşrin məlumatına görə, «Apple» şirkəti süni intellekt mütəxəssislər heyətini 90 nəfərədək artırmağa çalışır. Bu, onunla bağlıdır ki, korporasiya kompüter təlimi sahəsində «Google» ilə rəqabət aparmaq istəyir.
 
«Google»un yeni məhsullarında smartfon əvvəlki təcrübəyə əsaslanaraq istifadəçiyə bəzi funksiyaları qabaqcadan təklif edəcək.
 
 
Bununla belə, ekspertlər hesab edir ki, «Apple» bu sahədə «Google»la rəqabət apara bilməyəcək, çünki «iPhone» istehsalçısının məxfilik siyasəti daha sərtdir.
 
 
Emil Hüseynov




08/09/15    Çap et