Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Goranboyun kəndlərində internet-klublar yaradılıb


Goranboyda internet istifadəçilərinin sayı xeyli artıb.
Bu barədə məlumat verən Goranboy TKQ-nin rəisi Hafiz Muxtarov bildirib ki, hazırda Goranboy rayonunda 8 internet klubu fəaliyyət göstərir. Rayon mərkəzində fəaliyyət göstərən internet klublarından dördü yüksəksürətli ADSL xidmətindən istifadə edir. Goranboy TKQ tərəfindən məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində yeni internet klubu yaradılıb. Hazırda Dəliməmmədli və Qızılhacılı qəsəbələrində də internet klubları fəaliyyət göstərməkdədir.




09/06/11    Çap et