Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ilə Almaniya bütün istifadəçilər üçün 50 Mbit/s sürətində internet reallaşdırmaq niyyətindədir


2018-ci ilə Almaniyada genişzolaqlı internet çıxışın sürətini 50 Mbit/s-yə çatdırmaq planlaşdırılır. Belə internet sürəti ölkə ərazisində bütün istifadəçilər üçün əlçatan olmalıdır.
 
 
Qeyd edək ki, 2015-ci ilin birinci rübündə internetə çıxışın orta qlobal sürəti 5 Mbit/s təşkil edib. Əgər Almaniya bunu reallaşdıra bilsə, o zaman bu ölkənin sakinləri orta dünya göstəricisi ilə müqayisədə 10 dəfə daha artıq sürətlə internetə daxil olacaqlar. Hazırda Cənubi Koreyada internetə çıxış üzrə orta sürət 23,6 Mbit/s təşkil edir. ABŞ-da bu göstərici 11,9 Mbit/s-dir.
 
 
«ICTnews.az» «ict.ua» saytına istinadən yazır ki, «State of the Internet» hesabatının məlumatına görə, 2015-ci ilin əvvəlində Almaniyada internetə çıxış üzrə orta sürət 10,2 Mbit/s təşkil edir. Almaniya hökuməti əhalinin arzuolunan internet sürəti ilə təmini layihəsinin reallaşdırılmasına 2,7 milyard avro ayırıb. Layihənin maliyyələşdirilməsinə, həmçinin yerli provayderlərin cəlbi planlaşdırılır.
 
 
Emil Hüseynov




09/09/15    Çap et