Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Cisco Connect” çərçivəsində bu il “World of Solutions” sərgisi keçiriləcək


Sentyabrın 29-30-da Almatıda keçiriləcək “Cisco Connect” konfransı çərçivəsində ilk dəfə şirkətin müasir həllərinin nümayiş ediləcəyi “Həllər dünyası" (World of Solutions) adlı sərgisi keçiriləcək.
 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sərgi beş demozonaya bölünəcək: “Rəqəmləşmə”, “İnformasiya təhlükəsizliyi”, “Şəbəkələrin idarəedilməsi”, “Məlumatların emalı mərkəzi”, “Birgə iş üçün texnologiyalar”.
 
İştirakçılar “Cisco”nun ən yeni avadanlıqlarını istismarda müşahidə edə, xüsusi təqdimatlarda iştirak edə biləcəklər. Eyni zamanda,  “Cisco” mütəxəssislərindən məsləhətlər ala biləcəklər.
 
Aynur Vəliyeva




10/09/15    Çap et