Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən ay ərzində Dövlət Komissiyasının elektron xidmətlərindən istifadə edənlərin sayı 500 mini ötüb


Avqust ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) elektron xidmətlərindən istifadə sayına görə birinci olub.
 
“ICTnews” elektron xəbər xidmətinin “Elektron hökumət” portalı tərəfindən təqdim olunan statistikaya əsasən verdiyi məlumata görə, avqustda ən çox  TQDK-nın e-xidmətlərindən istifadə edilib. İstifadəçilər  qurumun e-xidmətlərindən  524303 dəfə yararlanıb.
 
Ay ərzində ən çox TQDK-nın “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” elektron xidmətinə müraciət edilib.
 
Qeyd edək ki, komissiyanın 15 e-xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.
 
CAHANGİR




10/09/15    Çap et