Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Koçsistem-Azərbaycan” şirkəti Azərbaycanda qurulmaqda olan Data Mərkəzlə əməkdaşlıq edəcək


Azərbaycanda qurulan Data Mərkəzinin xidmətlərindən  “Koçsistem-Azərbaycan” şirkəti də istifadə edə bilər.
 
Bu barədə adıçəkilən şirkətin direktoru Əli Kutvan “ICTnews”-ın suallarını cavablandırarkən məlumat verib.
 
 O bildirib ki,  təmsil etdiyi şirkət Data Mərkəzin həm qurulması məqamında, həm də ondan sonrakı dönəmində layihələrlə iştirak edə bilər.
 
“Koçsistem”in Data mərkəzlərinin qurulmasında böyük təcrübəsi var. Bu günə qədər Türkiyədə 2 belə mərkəz qurmuşuq. Bunlardan biri Avropanın ən böyük 5-ci Data Mərkəzidi. İndi də Azərbaycanda belə bir Data Mərkəz qurulur ki,  qarşılıqlı təcrübə mübadiləsi aparırıq. Gələcəkdə də əməkdaşlıq etmək niyyətindəyik”. 
 
 
SEYMUR




11/09/15    Çap et