Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zukerberq: «Facebook» «bəyənmirəm» düyməsi üzərində işləyir


Dünyanın ən böyük sosial şəbəkəsi olan «Facebook»un qurucusu Mark Zukerberq təsdiqləyib ki, şirkətin əməkdaşları «bəyənmirəm» düyməsinin yaradılması üzərində işləyir.

 
"İnsanlar artıq çoxdan «bəyənmirəm» düyməsi haqda xahiş edirdilər. Biz, nəhayət, bu düyməni yaratmağı qərara aldıq" - «Bloomberg» nəşri Zukerberqin fikrindən sitat gətirir.

 
 
«ICTnews.az» saytı «bbc.com» saytına istinadən yazır ki, eyni zamanda sosial şəbəkənin qurucusu bildirib ki, «Facebook» sosial şəbəkəsini foruma çevirmək istəmir, sonuncuda istifadəçilər səsvermənin köməyi ilə postların populyarlığına təsir edirlər.
 
 
Emil Hüseynov




16/09/15    Çap et