Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində «Dell» şirkətinin kompüterlərinin 40%-dən çoxu «Linux» distribütivi ilə işləyir


«Wall Street Journal» nəşri yazır ki, «Dell» şirkətinin Çin bölməsinin Çində satdığı fərdi kompüterlərin 42 faizinə öncədən « Linux» əsaslı «NeoKylin» əməliyyat sistemi quraşdırılır.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, 2001-ci ildə Çin Milli Müdafiə Texnologiyaları Universiteti «Kylin OS» əməliyyat sisteminin yaradılması üzərində işə başlayıb. Bu sistem «Linux» nüvəsinə əsaslanır və ordu strukturları üçün nəzərdə tutulmuşdur. 2013-cü ildə superkompüterlərin «top-500» reytinqində yer almış "Tianhe-2" superkompüteri, həmçinin «Kylin OS» sistemi ilə işləyir.
 
 
Əməliyyat sistemi «Windows» kimi görünür və işləyir. Məsələlər paneli ekranın aşağı hissəsində yerləşir, pəncərə və qovluqlar təxminən «Windows»da olduğu kimidir.
 
 
«Dell»dən başqa, həmçinin «HP» və «Lenovo» şirkətləri Çində öncədən «Kylin OS» quraşdırılmış kompüterlərini satır.
 
 
Emil Hüseynov




16/09/15    Çap et