Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Şahdağ” Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək


Bakıda sentyabrın 28-də "Şahdağ" Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, mərkəz Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzinin məlumat bürosu olaraq fəaliyyət göstərəcək.
 
Açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, rəsmiləri və turizm ictimaiyyəti iştirak edəcəkdir. 

Mərkəzdə otel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarə sifarişi və paket təkliflər də əldə etmək xidmətləri təklif olunacaq.
 
Aynur Vəliyeva
 
 




16/09/15    Çap et